Rusiya və Ukrayna Belarusda mülki şəxslərin mübadiləsini həyata keçirib

Digər ölkələr
  • 13 avqust, 2026
  • 18:28
Rusiya və Ukrayna Belarusda mülki şəxslərin mübadiləsini həyata keçirib

Rusiya və Ukrayna arasında mülki şəxslərin növbəti mübadiləsi Belarus ərazisində baş tutub.

"Report" xəbər verir ki, bu barədə BELTA məlumat yayıb.

Humanitar mübadilə çərçivəsində Rusiyaya 8, Ukraynaya isə 7 nəfər qaytarılıb.

Mübadilə Belarus-Ukrayna sərhədindəki "Novaya Quta" buraxılış məntəqəsində baş tutub.