​Rusiya, Ukrayna, Almaniya və Fransa liderləri fevralın 11-də Minskdə görüşmə mümkünlüyünü müzakirə ediblər

Digər ölkələr
  • 08 fevral, 2015
  • 11:52
​Rusiya, Ukrayna, Almaniya və Fransa liderləri fevralın 11-də Minskdə görüşmə mümkünlüyünü müzakirə ediblər

Bakı. 8 fevral. REPORT.AZ/ Rusiya, Fransa, Almaniya və Ukrayna liderləri Ukrayna münaqişəsinin nizamlanmasını müzakirə etmək üçün çərşənbə günü bir araya gələ bilərlər.

"Report" "Associated Press"ə istinadən xəbər verir ki, Almaniya kanslerinin nümayəndəsi Şteffen Zaybertin bildirdiyinə görə, belə bir qərar dörd ölkə rəhbərinin fevralın 8-də baş tutan telefon söhbəti zamanı qəbul olunub.

Onun sözlərinə görə, bu görüşə hazırlıq işləri bazar ertəsi Berlində görüləcək.