Rusiya terrorizmlə mübarizəyə dair yenilənmiş qətnamə layihəsini BMT TŞ-yə təqdim edib

Digər ölkələr
  • 18 noyabr, 2015
  • 22:07
Rusiya terrorizmlə mübarizəyə dair yenilənmiş qətnamə layihəsini BMT TŞ-yə təqdim edib

Bakı. 19 noyabr. REPORT.AZ/ Rusiya terrorizmlə mübarizəyə dair yenilənmiş qətnamə layihəsini BMT-nin Təhlükəsizlik Şurasına təqdim edib.

"Report"un "TASS" agentliyinə istinadən verdiyi xəbərə görə, sənəddə terrorçu təşkilatlarla, o cümlədən "İŞİD"lə, mübarizədə səylərin əlaqələndirilməsinin əhəmiyyəti vurğulanır.

Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitaliy Çurkin bildirib ki, qətnamə layihəsində terrorizmlə mübarizəyə Suriya hökümətinin cəlb edilməsinin vacibliyi də qeyd olunur.