​Rusiya rəsmisi: "İŞİD-in Əfqanıstanın şimalına cəmlənməsindən narahatıq"

Digər ölkələr
  • 04 noyabr, 2015
  • 06:33
​Rusiya rəsmisi: İŞİD-in Əfqanıstanın şimalına cəmlənməsindən narahatıq

Bakı. 4 noyabr. REPORT.AZ/ "Rusiya terrorçu İŞİD-in Əfqanıstanın şimalına, Tacikistan, Türkmənistan sərhədlərinə cəmlənməsindən, eləcə də bu ölkələrə təsirinin artmasından narahatdır".

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya müdafiə nazirinin müavini Anatoli Antonov ASEAN (Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası) dövlətləri müdafiə nazirlərinin üçüncü müşavirəsində bildirib.

"İŞİD-in Əfqanıstanda artan nüfuzu nəzərə çarpır. Onlar ölkənin 34 əyalətindən 25-də yerləşiblər", - nazir müavini vurğulayıb.

Onun sözlərinə görə, 3 il ərzində İŞİD İraq və Suriya ərazilərinin önəmli hissəsini ələ keçirə bilib: "Onlar Afrikanın şimalında, o cümlədən Liviyada öz nüfuz dairələrini genişləndirmək istəyirlər".

Nazir müavini bildirib ki, İŞİD-in sıralarında başqa ölkələrdən, o cümlədən Rusiya, Asiya və Sakit Okean hövzəsi dövlətlərindən olan 25-30 min nəfər döyüşür.