Rusiya ordusu Kiyevi yenidən bombalayıb, ölənlər var

Digər ölkələr
  • 08 avqust, 2026
  • 05:41
Rusiya ordusu Kiyevi yenidən bombalayıb, ölənlər var

Bu gün Rusiya ordusu Ukraynanın paytaxtı Kiyev şəhərinə və onun vilayətinə növbəti raket zərbələri endirib.

"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, hava zərbələri nəticəsində Brovarı rayonunda 3 nəfər həlak olub. Ölənlərdən biri isə azyaşlı uşaqdır.

Xilasedicilər dağıntıların aradan qaldırılması və yanğıların söndürülməsi istiqamətində iş aparırlar.