Rusiya Olland və Merkelin Ukrayna ilə bağlı konstruktiv təkliflərinə ümid edir
Digər ölkələr
- 05 fevral, 2015
- 13:55
Bakı. 5 fevral. REPORT.AZ/ Kremldə Olland və Merkelin Kiyevdə hansı həll planını müzakirə edəcəklərini və daha sonra Moskvaya gətirəcəklərini bilmirlər, lakin bunun konstruktiv plan olacağına ümid edirlər.
"Report" "İTAR-TASS"a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.
"Yazılı planın olub-olmaması haqqında məlumatım yoxdur, lakin Merkel və Ollandın Kiyevdə müzakirə edəcəyi, daha sonra sabah Moskvada öz fikirlərini bildirəcəkləri planın mövcud olduğu bildirilib. Bu planın hansı xarakter daşıdığını bilmirəm, lakin onun bir çox təklifləri, o cümlədən son günlər prezidentimizin irəli sürdüyü kompleks xarakterli təklifləri əhatə edəcəyinə ümidvaram", - o qeyd edib.
Son xəbərlər
06:36
Səudiyyə Ərəbistanının "Aramco" neft-qaz şirkətinə aid obyektdə yanğın baş verib
Digər ölkələr06:10
Vaşinqtonda meşə yanğınlarının mənzil fonduna vurduğu ziyanın həcmi açıqlanıb
Digər ölkələr05:51
Nigerdə iki avtobus toqquşub, 22 nəfər ölüb
Digər ölkələr05:07
Siciliya sahillərində içində amfora olan qədim gəmi aşkar edilib
Maraqlı04:48
Türkiyədə baş verən qəzada üç nəfər ölüb
Region04:11
Yaponiyada Naqasaki qurbanlarının xatirəsi yad ediləcək
Digər ölkələr03:42
Nişapurda 13 nəfər spirtli içkidən zəhərlənib, onlardan biri ölüb
Region03:05
Türkiyə Ukraynaya yeni səfir təyin edib
Digər ölkələr02:44