Rusiya həftə ərzində Suriyada terrorçuların 1250-dən çox obyektini bombalayıb

Digər ölkələr
  • 17 noyabr, 2017
  • 00:58
Rusiya həftə ərzində Suriyada terrorçuların 1250-dən çox obyektini bombalayıb

Bakı. 17 noyabr. REPORT.AZ/ Rusiya Hava-Kosmik Qüvvələri həftə ərzində Suriyada 500-dən çox uçuş həyata keçirib. Bu uçuşlar zamanı beynəlxalq terror qruplaşmalarının 1250-dən çox obyekti məhv edilib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin cümə günü yaydığı məlumatda deyilir.

Pilotsuz uçan aparatlar həftə ərzində Suriyada 300-dən çox uçuş edərək yaraqlıların 432 obyektini aşkara çıxarıb. Rusiya istehkamçıları tərəfindən 1238 hektardan çox ərazi yoxlanılıb və 44,8 min partlayış təhlükəli əşya zərərsizləşdirilib.