Rusiya Dövlət Dumasının komitə sədri Sergey Surovikinin taleyindən danışıb: "O, hazırda dincəlir"

Digər ölkələr
  • 12 iyul, 2023
  • 12:11
Rusiya Dövlət Dumasının komitə sədri Sergey Surovikinin taleyindən danışıb: O, hazırda dincəlir

“Vaqner” Xüsusi Hərbi Şirkətinin iyunun 24-də həyata keçirməyə cəhd etdiyi silahlı qiyamdan sonra Ukraynadakı xüsusi əməliyyatlara rəhbərlik edən Rusiya Hava Kosmik Qüvvələrinin komandanı, ordu generalı Sergey Surovikinlə bağlı müəmma davam edir.

“Report” xəbər verir ki, bu dəfə Rusiya Dövlət Dumasının müdafiə komitəsinin sədri Andrey Kartapolov onun haqqında maraqlı açıqlama verib.

A.Kartapolov jurnalistlərə açıqlamasında deyib ki, S.Surovikin hazırda dincəlir: “Başqa məlumat yoxdur. Narahat olmayın”.

Qeyd edək ki, “Vaqner”in qiyamından sonra S.Surovikinin həbs olunduğu iddia edilir. Lakin bu fakt hələ təsdiqini tapmayıb. ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu daha əvvəl bildirmişdi ki, S.Surovikin “Vaqner”lə əlaqəli şəxsdir.

Xatırladaq ki, daha əvvəl Böyük Britaniya Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına əsasən S.Surovikinə qarşı təzyiqlərin Rusiya ordusunun parçalanacağını iddia etmişdi.

44 filmi