Rusiya Baş Qərargahı: İŞİD terrorçuları mövqelərini tərk edərək qaçmağa başlayıblar
- 03 oktyabr, 2015
- 15:30
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 3 oktyabr. REPORT.AZ/ Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəisi general-polkovnik Andrey Kartapolov bəyan edib ki, "İraq-Şam İslam Dövləti" terror qruplaşmasının (İŞİD) nəzarəti altında olan Suriya rayonlarında təqribən 600 silahlının əraziləri tərk etməsi halı qeydə alınıb.
"Report" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin pres-relizində bildirilir.
O qeyd edib ki, terrorçular öz mövqelərini tərk edir və Avropaya keçməyə çalışırlar.
"Kəşfiyyat qeydə alır ki, yaraqlılar nəzarət etdikləri rayonları tərk edirlər", — deyə Kartapolov bildirib.
General qeyd edib ki, İŞİD sıralarında "təşviş və fərarilik" başlayıb.
"Təqribən 600 muzdlu öz mövqeyini tərk edib və Avropaya keçməyə cəhd göstərir", — deyə o qeyd edib.