Rubio Nyu-Yorkda Rodriqes ilə görüşü istisna etməyib
- 10 sentyabr, 2026
- 04:18
ABŞ Dövlət katibi Marko Rubio Venesuela Prezidentinin səlahiyyətlərini icra edən Delsi Rodriqes BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsinin tədbirlərində iştirak etmək üçün Nyu-Yorka gələrsə, onunla görüşə biləcəyini istisna etməyib.
"Report" xəbər verir ki, bu barədə Rubio səfərdə olduğu Ekvadorun paytaxtı Kitoda jurnalistlərə bildirib.
Rodriqeslə mümkün görüş barədə suala cavab verən Rubio deyib ki, o, Nyu-Yorkda ola bilər, lakin onun gedib-getməyəcəyini bilmir. "Amma əgər gedərsə, yəqin ki, elə də olacaq", - dövlət katibi qeyd edib.
"Hələlik biz heç nə planlaşdırmamışıq. Amma biz, şübhəsiz ki, dəfələrlə danışmışıq", - o əlavə edib.
Dövlət və hökumət başçılarının və xarici işlər nazirlərinin iştirakı ilə yüksək səviyyəli ümumsiyasi müzakirələr sentyabrın 22–26-da və 28-də BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında keçiriləcək.