Romada naməlum şəxs kilsəyə hücum edərək iki keşişi yaralayıb

Digər ölkələr
  • 08 yanvar, 2017
  • 02:47
Romada naməlum şəxs kilsəyə hücum edərək iki keşişi yaralayıb

Bakı. 8 yanvar. REPORT.AZ/ Romanın Santa-Mariya kilsəsində naməlum şəxs iki keşişə hücum edib.

"Report" xəbər verir ki, bu barədə "La Republica" məlumat yayıb.

Məlumata görə, hadisə hadisə kilsədə möminlərin çox toplaşdığı vaxt baş verib. Hücum edən şəxsin əlindəki şüşə qırıntıları ilə endirdiyi zərbə nəticəsində iki keşiş xəsarət alıb.

Qırx iki yaşlı şəxs hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. 

Hücumun motivləri araşdırılır.

44 filmi