Rodriqo Labardini: Qlobal Cənub iqtisadi bərabərsizliyi aradan qaldırmalıdır

Digər ölkələr
  • 14 may, 2026
  • 15:59
Rodriqo Labardini: Qlobal Cənub iqtisadi bərabərsizliyi aradan qaldırmalıdır

Qlobal Cənub konsepsiyası müasir beynəlxalq münasibətlərdə ən nüfuzlu konsepsiyalardan birinə çevrilib, lakin bu regionun ölkələri birləşməli və iqtisadi bərabərsizliyi aradan qaldırmalıdır.

"Report" xəbər verir ki, bunu Meksikanın Azərbaycandakı keçmiş səfiri Xuan Rodriqo Labardini Bakıda Qlobal Cənub QHT Platformasının Baş Assambleyasında bəyan edib.

O vurğulayıb ki, Qlobal Cənuba yalnız coğrafi kateqoriya kimi deyil, həm də siyasi, iqtisadi və tarixi şərtlərin məcmusu kimi baxılmalıdır.

"Qlobal Cənub heç vaxt bütöv olmayıb və biz birləşməliyik", - keçmiş səfir bəyan edib.

Onun sözlərinə görə, Qlobal Cənubun bir sıra iri ölkələri - Hindistan, Braziliya, Cənubi Afrika, Meksika, Türkiyə və Cənubi Koreya artıq əhəmiyyətli regional və qlobal nüfuza malikdir.

Labardini əlavə edib ki, Qlobal Cənub daxilində böyük iqtisadi bərabərsizlik qalmaqdadır və buna xüsusi diqqət yetirilməlidir.

44 - Tezliklə