"Rheinmetall" yeni lazer silahının sınağını başa çatdırıb

Digər ölkələr
  • 29 oktyabr, 2025
  • 00:28
Rheinmetall yeni lazer silahının sınağını başa çatdırıb

Almaniyanın Hərbi Dəniz Qüvvələri 2029-cu ildən etibarən "Rheinmetall" konserninin və Avropa müdafiə şirkəti MBDA-nın Almaniya bölməsinin birgə istehsalı olan dronlara qarşı yeni lazer silahlarından istifadə etməyə başlaya bilər.

"Report"un məlumatına görə, bu barədə "Rheinmetall"ın press-relizində deyilir.

Qeyd olunur ki, yeni lazer sisteminin sınaqları başa çatıb, o, əlavə sınaqlar üçün Meppendəki silah və sursat üzrə hərbi-texniki idarəyə (WTD 91) təhvil verilib.

"Döyüş qabiliyyətli lazer silah sistemi 2029-cu ildən etibarən Almaniya donanması tərəfindən əldə edilə bilər və o, bununla da adi idarə olunan raketlərə sərfəli və təsirli əlavə olacaq", - açıqlamada deyilir.

"Lazer nümayişçisi" il ərzində "Sachsen" (Saksoniya) bortunun freqatında sınaqdan keçirilib. Konsernin məlumatına görə, yeni sistem dronları və digər kiçik hədəfləri, torpedo qayıqlarını, yaxın məsafədən idarə olunan raketləri zərərsizləşdirmək üçün istifadə edilə bilər. Gələcəkdə sistem təkmilləşdirildiyi təqdirdə səsdən sürətli raketləri, minaatan və artilleriya mərmilərini məhv etmək üçün istifadə oluna bilər.

"Rheinmetall" və MBDA 2019-cu ildən bəri lazer sistemlərinin istehsalı üzrə əməkdaşlıq edirlər.

Son xəbərlər

Bütün Xəbər Lenti