"Reuters": Tramp Zelenski ilə görüşdən sonra Putinlə danışmaq niyyətindədir

Digər ölkələr
  • 06 iyul, 2026
  • 01:41
Reuters: Tramp Zelenski ilə görüşdən sonra Putinlə danışmaq niyyətindədir

ABŞ Prezidenti Donald Tramp 8 iyulda Ankarada keçiriləcək NATO sammiti çərçivəsində Ukrayna lideri Volodimir Zelenski ilə görüşdən sonra Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparmaq niyyətindədir.

"Report"un məlumatına görə, bu barədə "Reuters" ABŞ administrasiyasının yüksək vəzifəli rəsmisinə istinadən xəbər verib.

Agentliyin mənbəyinin sözlərinə görə, Tramp Zelenski ilə danışıqlardan sonra çox güman ki, Rusiya lideri ilə Rusiya-Ukrayna münaqişəsinin həlli ilə bağlı müzakirələri davam etdirəcək.

Rəsmi qeyd edib ki, ABŞ Prezidenti Zelenski ilə görüşü zamanı müharibəyə son qoymaq yollarını müzakirə etmək niyyətindədir.

"Prezident buna son qoymağa çalışmağın son dərəcə vacib olduğuna inanır", - ABŞ administrasiyasının rəsmisi bildirib.