Rəsmi Ankara: PKK/YPG ünsürləri silahlarını yerə qoymalı və Suriyanı tərk etməlidirlər

Digər ölkələr
  • 21 dekabr, 2024
  • 18:27
Rəsmi Ankara: PKK/YPG ünsürləri silahlarını yerə qoymalı və Suriyanı tərk etməlidirlər

PKK/YPG ünsürləri silahlarını yerə qoymalı və Suriyanı tərk etməlidirlər.

"Report" xəbər verir ki, bunu "Reuters" agentliyinə açıqlamasında Türkiyənin rəsmi şəxsi deyib.

O qeyd edib ki, münaqişənin əsas səbəbi rəsmi Ankaranın bölgəyə baxışı deyil.

Adı açıqlanmayan mənbə qeyd edib ki, qarşıdurmanın əsas səbəbi PKK/YPG terror təşkilatının mövcudluğudur.