Randrianirina oktyabrın 17-də Madaqaskarın prezidenti vəzifəsinin icrasına başlayacaq

Digər ölkələr
  • 16 oktyabr, 2025
  • 01:02
Randrianirina oktyabrın 17-də Madaqaskarın prezidenti vəzifəsinin icrasına başlayacaq

Oktyabrın 14-də Madaqaskarda hakimiyyəti ələ keçirən hərbi qrupun rəhbəri, polkovnik Maykl Randrianirina ayın 17-də ada dövlətinin keçid dövrü üçün prezidenti kimi and içəcək.

"Report" xəbər verir ki, bu barədə "Orange" portalı Prezident Şurasının Madaqaskar Respublikasının islahatı uğrunda - hərbçilərin yaratdığı yeni ali hakimiyyət orqanının rəsmi xəbərinə istinadən məlumat yayıb. Qeyd olunur ki, onun andını Ali Konstitusiya Məhkəməsi qəbul edəcək.

Xatırladaq ki, Madaqaskarda 2025-ci il sentyabrın sonlarında su və elektrik enerjisi çatışmazlığı səbəbindən başlayan və hökumət əleyhinə nümayişlərə çevrilən kütləvi etirazlar keçirilib. Ordunun bir hissəsi, o cümlədən CAPSAT bölməsi hakimiyyətə tabe olmaqdan imtina edib və nümayişçiləri dəstəkləyib.

Böhranın kəskinləşdiyi vaxtda prezident Andri Radzuelina həyatı üçün təhlükənin olduğunu bildirərək, bazar günü Fransa hərbi təyyarəsi ilə ölkəni tərk edib.

Oktyabrın 14-də Radzuelinanın impiçmentindən sonra Madaqaskarda hərbçilər hakimiyyəti ələ keçirdiklərini elan ediblər. Onlar konstitusiyanın fəaliyyətinin dayandırıldığını və keçid hakimiyyətin formalaşdığını bildiriblər.

Son xəbərlər

Bütün Xəbər Lenti