"Ramştayn" çərçivəsində Ukrayna briqadalarının təlimi üçün memorandum imzalanıb
- 16 oktyabr, 2025
- 03:24

"Ramştayn" formatı çərçivəsində Nordiç-Baltikyanı təlim təşəbbüsü üzrə anlaşma memorandumu imzalanıb.
"Report"un məlumatına görə, bu barədə Ukraynanın müdafiə naziri Denis Şmıqal bildirib.
Sənədə əsasən, ölkələr Kiyevə hərbi kadrların hazırlanmasında və bölmələrin komplektləşdirilməsində dəstək verəcəklər ki, bu da NATO-nun müasir standartlarına cavab verən briqadaların formalaşdırılmasına imkan verəcək.
"Bu gün digər mühüm məqam Nordiç-Baltik Təşəbbüsü haqqında memorandumun imzalanmasıdır. Bu təşəbbüs Ukraynanın müdafiə qabiliyyətini gücləndirəcək və ədalətli sülhün yaxınlaşmasına kömək edəcək", - Şmıqal qeyd edib.
Qeyd edək ki, qarşı tərəfdən sazişi Norveçin müdafiə naziri Tore Sandvik imzalayıb. Təşəbbüsə Danimarka, Estoniya, Finlandiya, İslandiya, Latviya, Litva, Norveç, Polşa və İsveç də qoşulub.