Qvatemala beynəlxalq aeroportunda vertolyot qəzaya uğrayıb: ölənlər var

Digər ölkələr
  • 08 fevral, 2017
  • 01:22
Qvatemala beynəlxalq aeroportunda vertolyot qəzaya uğrayıb: ölənlər var

Bakı. 8 fevral. REPORT.AZ/ Qvatemalada, La Aurora Beynəlxalq Hava Limanında baş vermiş vertolyot qəzası nəticəsində 4 nəfər həlak olub.

"Report"un məlumatına görə, bu barədə yerli "Prensa Libre" portalı xəbər yayıb.

Xəbərdə bildirilir ki, vertolyot aeroportun əsas uçuş-enmə zolağı yaxınlığında yerə düşüb. İlkin məlumata görə, təyyarə xüsusi şirkətə məxsus olub.

Hadisənin başvermə səbəbləri barədə məlumat verilmir.

Qəza ilə əlaqədar Qvatemalada beynəlxalq reyslər digər aeroportlara yönləndirilib.

44 filmi