Qrossi Misirdə atom energetikasının rolunu qabardıb

Digər ölkələr
  • 10 iyul, 2026
  • 05:33
Qrossi Misirdə atom energetikasının rolunu qabardıb

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş direktoru Rafael Qrossi Misiri milli atom energetikasının inkişaf proqramının həyata keçirilməsində mühüm mərhələ - Rusiyanın "Rosatom" dövlət korporasiyasının iştirakı ilə inşa edilən Əl-Dabaa AES-in ikinci enerji blokunun reaktor gövdəsinin quraşdırılması münasibətilə təbrik edib.

"Report" xəbər verir ki, bu barədə Qrossi "X" sosial şəbəkə hesabında yazıb.

AEBA rəhbərinin sözlərinə görə, enerji təhlükəsizliyi və dekarbonizasiya sahəsində artan çağırışlar şəraitində Əl-Dabaa AES kimi layihələr etibarlı aşağı karbonlu enerji mənbələrinin təmin edilməsində atom energetikasının mühüm rolunu nümayiş etdirir.

Bundan əlavə, Qrossi səfər zamanı Misirin xarici işlər naziri Bədr Əbdülati ilə görüşüb. Tərəflər regional gündəliyi və Misirlə AEBA arasında əməkdaşlığı müzakirə ediblər.