Qırğızıstan və Tacikistan sərhədində zəlzələ baş verib

Digər ölkələr
  • 04 iyul, 2016
  • 04:54
Qırğızıstan və Tacikistan sərhədində zəlzələ baş verib

Bakı. 4 iyul. REPORT.AZ/ Qırğızıstan, Tacikistan və Çin sərhədində, Alma-Ata şəhərindən 497 kilometr məsafədə 5,1 maqnitudada zəlzələ baş verib. 

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın Təhsil Nazirliyinin Seysmoloji Təcrübə-Metodiki ekspedisiyası məlumat yayıb.

Məlumata görə, zəlzələ ocağı 10 kilometr dərinlikdə yerləşib.

Tələfat və dağıntı barədə məlumat verilmir.

44 - Tezliklə