Qətər XİN: Ölkəyə 100-dən çox raket və onlarla pilotsuz uçuş aparatı atılıb

Digər ölkələr
  • 02 mart, 2026
  • 16:14
Qətər XİN: Ölkəyə 100-dən çox raket və onlarla pilotsuz uçuş aparatı atılıb

Qətərdə İran hücumları nəticəsində təxminən 20 nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu barədə "Times of Israel" Qətər Xarici İşlər Nazirliyinin nümayəndəsi Macid əl-Ənsariyə istinadən məlumat yayıb.

O qeyd edib ki, Qətərə 100-dən çox raket və onlarla pilotsuz uçuş aparatı atılıb, onlar təkcə ABŞ qoşunlarını deyil, həm də kommersiya, mülki və hərbi infrastrukturu, o cümlədən beynəlxalq hava limanını hədəf alıb.

İki pilotsuz uçuş aparatının hücumu qeydə alınıb - biri Mesaidədəki elektrik stansiyasındakı su rezervuarını, digəri isə Ras-Laffan sənaye şəhərindəki enerji obyektini hədəf alıb. Qurbanlar barədə məlumat yoxdur.

Onun sözlərinə görə, hazırda Qətər İranla dialoq aparmır.

Bundan əlavə, Beer-Şevada (İsrail) İranın hücumları nəticəsində 15 nəfər yaralanıb. İddia edilir ki, İranın ballistik raketi şəhərin yaşayış məhəlləsini vurub.

44 - Tezliklə