Qazaxıstanın Belarusdakı səfirliyinin mühasibi təxminən 700 min dollar mənimsəməkdə ittiham olunur

Digər ölkələr
  • 05 yanvar, 2017
  • 06:42
Qazaxıstanın Belarusdakı səfirliyinin mühasibi təxminən 700 min dollar mənimsəməkdə ittiham olunur

Bakı. 5 yanvar. REPORT.AZ/ Qazaxıstan Milli Antikorrupsiya Bürosu Qazaxıstanın Belarusdakı səfirliyinin baş mühasibi A.Seydualiyevi saxlayıb.

Bu barədə "Report" Qazaxıstan KİV-inə istinadən xəbər verir.

Qurumun mətbuat xidmətinin verdiyi məlumata görə, A.Seydualiyevin 2012-2015-ci illərdə səfirlik binasının tikintisiylə məşğul olan baş podratçı "Aktivbiznesplyus" MMC-yə guya ödənişlər həyata keçirdiyini göstərmək məqsədilə saxta kassa məxaric orderləri hazırlayıb və 207 min dollar dəyərində büdcə vəsaitini mənimsəyib.

Bundan əlavə, göstərilən müddət ərzində A.Seydualiyev Belarus vergi orqanlarından ƏDV-nin geri qaytarılması kimi səfirliyin ünvanına daxil olmuş 474,883 min dollar məbləğində pul vəsaitini də mənimsəyib.

"Mənimsənilmiş pul vəsaitinin ümumi məbləği 681,883 min dollar təşkil edir", - məlumatda bildirilib.

Mühasib saxlanılaraq Astana polisində müvəqqəti saxlama təcridxanasına yerləşdirilib. Məhkəməöncəsi istintaq prosesi davam etdirilir.