​Qazaxıstanda təyyarə qəzaya uğrayıb, ölənlər var

Digər ölkələr
  • 21 yanvar, 2015
  • 01:29
​Qazaxıstanda təyyarə qəzaya uğrayıb, ölənlər var

Bakı. 21 yanvar. REPORT.AZ/ Qazaxıstanın cənub-şərqində "Kazaxmıs" metallurgiya korporasiyasına məxsus "An-2" tipli təyyarə qəzaya uğrayıb.

"Report" xəbər verir ki, faciə Almatı vilayətində baş verib.

Təyyarənin göyərtəsində 7 nəfər olub.

Hava gəmisinin qəzaya uğraması nəticəsində altı nəfər - üç heyət üzvü və üç sərnişin həlak olub. Daha bir qadın sərnişin sağ qalıb və xəstəxanaya yerləşdirilib.

Yerli KİV-in məlumatına görə, təyyarə Balxaş şəhərindən "Şatırkul" mədəni istiqamətində uçurmuş.