Kasım-Jomart Tokayev Milli Təhlükəsizlik Komitəsinin rəhbərini vəzifəsindən azad edib

Digər ölkələr
  • 05 yanvar, 2022
  • 20:37
Kasım-Jomart Tokayev Milli Təhlükəsizlik Komitəsinin rəhbərini vəzifəsindən azad edib

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Kərim Məsimovu respublikanın Milli Təhlükəsizlik Komitəsinin sədri vəzifəsindən azad edib və bu vəzifəyə Dövlət Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Yermek Saqimbayevi təyin edib.

“Report” xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

Dövlət başçısının sərəncamı ilə Kərim Məsimov Qazaxıstan Respublikası Milli Təhlükəsizlik Komitəsinin sədri vəzifəsindən azad edilib.

Tokayev Saqimbayevi Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri vəzifəsindən azad edərək DTK-nın sədri təyin edib.