Qahirədə silsilə partlayışlar nəticəsində 1 nəfər ölüb, 8 nəfər yaralanıb

Digər ölkələr
  • 26 fevral, 2015
  • 11:14
Qahirədə silsilə partlayışlar nəticəsində 1 nəfər ölüb, 8 nəfər yaralanıb

Bakı. 26 fevral. REPORT.AZ/ Misirin paytaxtında 7 ədəd əldəqayırma partlayıcı qurğu işə salınıb.

"Report" "TASS"a istinadən xəbər verir ki, terror aktları nəticəsində 1 nəfər həlak olub, 8 nəfər yaralanıb.

3 ədəd bomba mobil rabitə mağazasının yaxınlığında partladılıb. Onlardan 2-si Ərəb Dövlətləri Liqası prospektində, biri isə paytaxtın şimalında əl-Varraq polis bölməsinin yaxınlığında yerləşdirilib. Orada 5 nəfər xəsarət alıb. Daha bir patlayış paytaxtın Şubra əl-Heymə rayonunda, kilsənin yaxınlığında baş verib. Partlayış nəticəsində 1 nəfər həlak olub.