Putin: Rusiya ABŞ ilə Alyaskada əldə edilən razılaşmalara sadiq qalır
Digər ölkələr
- 10 oktyabr, 2025
- 17:01
Rusiya Ukraynada nizamlanma üzrə Alyaskada sammit zamanı əldə edilən razılaşmalara sadiq qalır.
"Report" xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Tacikistanda mətbuat konfransında bəyan edib.
"Bu, əlavə tədqiq edilmə tələb olunan mürəkkəb məsələdir. Lakin biz Ankoricdə baş tutan müzakirə bazasında qalırıq. Biz özümüz üçün burada heç nəyi dəyişmirik. Hesab edirik ki, hər iki tərəfdən daha nəsə işlənməlidir. Amma ümumilikdə biz Alyaska razılaşmaları çərçivəsində qalırıq", - o vurğulayıb.
O qeyd edib ki, bunlar sadə məsələlər deyil: "Biz ABŞ Prezidenti Donald Tramp ilə razılaşdıq ki, mənə düşünmək, həmkarlarımızla, müttəfiqlərlə danışmaq, bu məsələni müzakirə etmək lazım olacaq. O da mənə eyni şeyi dedi. Bu mürəkkəb məsələdir".
Son xəbərlər
02:09
Cevdet Yılmaz: Türkiyə və Pakistan münasibətləri getdikcə daha çox əhəmiyyət qazanır
Region01:36
İsveç parlamenti cinayət məsuliyyəti yaşının 14-ə qədər endirilməsinə səs verib
Digər ölkələr01:03
Hacıqabulda avtomobilin vurduğu piyada ölüb
Hadisə00:55
SEPAH: Hörmüz boğazı bağlıdır və İran gəmiçiliyə tam nəzarət edir
Region00:24
Qahirədə ticarət mərkəzində baş verən partlayışda üç nəfər ölüb, 17 nəfər yaralanıb
Digər ölkələr23:48
Britaniyada meşə yanğınlarında 10 nəfər xəsarət alıb
Digər ölkələr23:15
İtaliyada döyüş sursatı istehsalı zavodunda partlayış baş verib
Digər ölkələr22:54
UEFA Konfrans Liqası: "Qarabağ"ın pley-offdakı rəqibi dəqiqləşib
Futbol22:50
Video