Portuqaliyaya yeni Baş nazir təyin edilib
Digər ölkələr
- 21 mart, 2024
- 02:49
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Portuqaliya Prezidenti Marselo Rebelo de Souza Sosial Demokrat Partiyasının sədri Luiş Monteneqrunu ölkənin yeni Baş naziri təyin edib.
“Report” bu barədə TASS-a istinadən xəbər verir.
“Respublika Prezidenti martın 10-da Respublika Məclisinə (parlamentə) keçirilən seçkilərdə iştirak edərək deputat mandatı almış partiya və partiyaların koalisiyalarını dinlədiyindən, Demokratik Alyans isə mandat və səslərə görə seçkilərdə qalib gəldiyindən, Respublika Prezidenti Luis Monteneqrunu Baş nazir təyin etmək qərarına gəlib”, - dövlət başçısının mətbuat xidmətinin bəyanatında deyilir.
Qeyd olunur ki, Monteneqru yeni Nazirlər Kabinetinin tərkibini Prezidentə təqdim edib.
Son xəbərlər
23:14
ABŞ Rumıniyaya 9 desant amfibiya maşını tədarük edib
Digər ölkələr23:08
Bessent: "İqtisadi təcrid" əməliyyatı İran rialının çökməsinə səbəb olub
Digər ölkələr22:52
Nigerdə iki hücumda təhlükəsizlik qüvvələrinin 50-dən çox üzvü öldürülüb
Digər ölkələr22:43
Sabirabadda avtomobil qadını vuraraq öldürüb
Hadisə22:34
Türkiyə Prezidenti müavini ilə bağlı yayılan məlumatlara münasibət bildirib
Region22:26
Ərdoğan: Bu gün dostlarının etimad bəslədiyi Türkiyə var
Region22:18
Foto
BMT-də Qərbi azərbaycanlıların qayıdış hüququ qabardılıb - YENİLƏNİB-2
Xarici siyasət22:15
Foto
Azərbaycanın usta ağırlıqqaldıranları dünya çempionatında 2 qızıl, 1 gümüş medal qazanıblar
Fərdi22:01