Portuqaliya Fələstin dövlətini rəsmən tanıyıb
- 21 sentyabr, 2025
- 23:51

Portuqaliya Böyük Britaniya, Kanada və Avstraliyaya qoşularaq Fələstin dövlətini rəsmən tanıyıb.
"Report"un xəbərinə görə, bu barədə "France 24" Portuqaliyanın xarici işlər naziri Paulo Ranjelə istinadən məlumat yayıb.
KİV-in məlumatına görə, Portuqaliya Fələstin dövlətini rəsmən tanıyan sonuncu Aİ ölkəsi olub.
Xatırladaq ki, Böyük Britaniya, Kanada və Avstraliya bazar günü Fələstin dövlətini rəsmən tanıyıb. İsrailin Baş naziri Benyamin Netanyahu daha sonra vurğulayıb ki, Təl-Əviv BMT də daxil olmaqla, bütün meydanlarda Fələstin dövlətçiliyinin tanınmasına qarşı mübarizə aparacaq.
"Biz (İsrail - red.) həm BMT-də, həm də bütün digər forumlarda bizə qarşı yönəldilmiş böhtan xarakterli təbliğata və mövcudluğumuza təhlükə yaradan, terrorizm üçün absurd mükafata çevriləcək Fələstin dövlətinin yaradılması çağırışlarına qarşı mübarizə aparmalı olacağıq", - Baş nazir deyib.