Pompeo: İran dünya bazarında neftin qiymətini artırmaq üçün neft tankerlərinə hücum edib

Digər ölkələr
  • 31 may, 2019
  • 00:36
Pompeo: İran dünya bazarında neftin qiymətini artırmaq üçün neft tankerlərinə hücum edib

İran dünya bazarında neftin qiymətini qaldırmaq üçün Birləşmiş Ərəb Əmirliklərinin sularında dörd tankerə hücum edib.

"Report" TASS-ın Reuters-ə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ dövlət katibi Maykl Pompeo deyib. 

"Bu, dünya bazarında neftin qiymətini artırmaq üçün edilib", - Reuters agentliyi cümə axşamı Pompeoya istinadən məlumat verib.

Qeyd edək ki, mayın 12-də BƏƏ-nin Oman körfəzində yerləşən Fuceyra limanında ikisi Səudiyyə Ərəbistanı, biri BƏƏ, biri isə Norveçə məxsus 4 neft tankeri hücuma məruz qalıb. 

Pentaqon da tankerlərə hücumda İranı günahlandırıb, lakin İran rəsmiləri bu iddiaları rədd edib. 

44 - Tezliklə