Polşada bomba partlayıb, ölən və yaralanan var
Digər ölkələr
- 15 oktyabr, 2016
- 01:24
Bakı. 15 oktyabr. REPORT.AZ/ Polşada partlayış baş verib.
"Report" xəbər verir ki, bu barədə Polşa Televiziyası məlumat yayıb.
Məlumata görə, hadisə paytaxt Varşavada qeydə alınıb. Belə ki, dördmərtəbəli binanın üçüncü mərtəbəsində partlayıcı qurğunun işə düşməsi nəticəsində 1 nəfər ölüb, daha bir nəfər isə yaralanıb.
Polisin verdiyi xəbərdə bildirilir ki, hadisə terror aktı kimi qiymətləndirilmir. "Partlayış hadisəsində terror aktının əlamətləri yoxdur" – deyə Varşava polisinin nümayəndəsi Mariuş Mrozek bildirib.
Telekanal qeyd edib ki, hadisə iki cinayətkar qruplaşmanın qarşıdurması səbəbindən baş verə bilər.
Son xəbərlər
01:17
ABŞ-də F-16 təyyarəsi qəzaya uğrayıb
Digər ölkələr01:00
UEFA Avropa Liqası: "Beşiktaş" "Marsel"i, "Yuventus" "Neymegen"i darmadağın edib
Futbol00:34
Türkiyədə cinayətkar qruplaşmalara qarşı əməliyyat zamanı 67 şübhəli həbs edilib
Region00:00
Bu gün Azərbaycanda Milli Musiqi Günüdür
Mədəniyyət siyasəti23:54
Mustafa Çiftçi: Türkiyə Suriya, İran və İraqla terrorsuz bölgə mexanizmi yarada bilər
Region23:34
Vaşinqton və Varşava Polşada ABŞ bazası yaratmaq barədə razılığa gəlib
Digər ölkələr23:22
Mustafa Çiftçi: Türkiyə, Gürcüstan və Azərbaycan cinayətkarlığa qarşı birgə mübarizəni müzakirə edəcək
Region22:57
Foto
Türkiyə və Azərbaycanın "Birlik Gücü-2026" təliminə hazırlıqları başa çatıb
Hərbi22:52