Pentaqon Suriyada "sərhəd qüvvələri"nin yaradılmadığını bəyan edib
Digər ölkələr
- 17 yanvar, 2018
- 23:37
Bakı. 18 yanvar. REPORT.AZ/ ABŞ Suriyada yerli birləşmələrin hazırlığını davam etdirir, lakin söhbət "sərhəd qüvvələri" və ya yeni ordunun yaradılmasından getmir.
"Report" TASS-a istinadən məlumat verir ki, bu barədə Pentaqonun rəsmi saytı xəbər verib.
Pentaqonda qeyd ediblər ki, İŞİD-in məhv edilməsinə dair hərbi kampaniya sona çatmayıb. Yerli birləşmələr terrorçulardan azad edilən rayonlarda vəziyyətin sabitləşməsinə xidmət edir.
ABŞ-ın Müdafiə Nazirliyi həmçinin bildirib ki, Türkiyəni Suriyada İŞİD-in darmadağın edilməsi ilə bağlı hərəkətləri barədə məlumatlandırmaqda davam edir. Ankaranın Suriya-Türkiyə sərhədindəki narahatlığı başadüşüləndir. Vaşinqton özünün NATO-dakı müttəfiqini terrorçuluqla mübarizədə dəstəkləməkdə davam edir.
Son xəbərlər
07:21
Video
ABŞ dəniz piyadaları yoxlama üçün Oman körfəzində tankerə miniblər
Digər ölkələr06:54
"SpaceX" mühərrik probleminə görə "Starship"in buraxılışını son dəqiqədə ləğv edib
İKT06:26
ABŞ İrana növbəti zərbələr dalğasının başa çatdığını bildirib - YENİLƏNİB
Digər ölkələr06:04
İran ABŞ-nin Bəhreyndəki bazasına zərbələr endirib
Region05:41
Türkiyədə 89 qanunsuz miqrant saxlanılıb
Region05:19
"Fars": ABŞ-nin İrana zərbələri nəticəsində 7 nəfər ölüb, xəsarət alanlar var – YENİLƏNİB-3
Region05:09
"Mehr": ABŞ İranın Bəndər-Ling şəhərinə hava zərbəsi endirib
Region04:38
Senat Rusiyanın enerji daşıyıcılarının alıcıları üçün rüsumlar barədə layihəni dəstəkləyəcək
Digər ölkələr04:17