Fransanın baş naziri hökumət üzvlərini səfərləri təxirə salmağa çağırıb - YENİLƏNİB
- 30 iyun, 2023
- 22:24
Yeniliklərdən dərhal xəbərdar olun!
Fransanın baş naziri Elizabet Born bütün kabinet üzvlərini ölkənin müxtəlif şəhərlərində baş verən iğtişaşlar səbəbindən işgüzar səfərləri təxirə salaraq dərhal Parisə qayıtmağa çağırıb.
"Report" xəbər verir ki, bu barədə "France Info" radiostansiyası hökumətdəki mənbəyə istinadən məlumat verib.
Məlumata görə, nazirlərə həftəsonu Parisdə qalmaq əmri verilib.
Baş nazir daha əvvəl növbəti xəbərdarlığa qədər vacib olmayan səyahətlərin ləğvi barədə göstəriş vermişdi. Bu, Fransa küçələrində zorakılıqların kəskin artması ilə əlaqədar prezident Emmanuel Makronun iştirakı ilə keçirilən görüşdən sonra edilib.
02:19
Fransanın paytaxtı Parisin mərkəzində yüzlərlə insan Milli Assambleyanın qarşısında toplaşıb.
"Report" xəbər verir ki, bu barədə BFM telekanalı məlumat yayıb.
Nümayişçilər polisə qarşı şüarlar səsləndirir, həmçinin öldürülən 17 yaşlı sürücü üçün ədalət tələb edirlər. Toplananların çoxu gənclərdir.
Bu arada Fransanın daxili işlər naziri Cerald Darmanin saxlanılan etirazçıların sayının mini keçdiyi barədə məlumat verib.
Onun sözlərinə görə, saxlanılanların orta yaşı 17-dir.