​Parisdə yaşayış binası yanıb, bir nəfər ölüb, 8 nəfər yaralanıb

Digər ölkələr
  • 01 iyun, 2016
  • 06:45
​Parisdə yaşayış binası yanıb, bir nəfər ölüb, 8 nəfər yaralanıb

Bakı. 1 iyun. REPORT.AZ/ Fransanın paytaxtı Parisin şərqində 8 mərtəbəli yaşayış binasında baş verən yanğın nəticəsində özünü pəncərədən atan qadın ölüb, 8 nəfər isə xəsarət alıb.

"Report" TASS-a istinadən xəbər verir ki, hadisə zamanı xəsarət alan iki qadının vəziyyəti ağırdır.

Yanğının baş vermə səbəbi hələlik məlum deyil.

Hadisə yerinə 20 yanğınsöndürən avtomobil cəlb olunub.