Slovakiyada Baş nazir və baş prokuror təhdid mesajları alıblar
Digər ölkələr
- 25 sentyabr, 2026
- 15:38
Slovakiyanın Baş naziri Robert Fitso və onun ailə üzvləri təhdid mesajı alıblar.
"Report" Slovakiya mediasına istinadən xəbər verir ki, baş nazirin ünvanına gələn mesaj barədə Slovakiya Hökumət Aparatının mətbuat xidməti açıqlama verib.
Həmin gün ölkənin Baş prokuroru Maroş Jilinka və onun həyat yoldaşı partlayış törədiləcəyi ilə bağlı təhdidlə üzləşiblər. Bu məsələ ilə polis məşğul olur.
"Müvafiq orqanlar mesajın məzmununu araşdırır. Hökumət Aparatı hələ ki, vəziyyətlə bağlı əlavə şərh verməyəcək", - bəyanatda qeyd olunub.
Hökumətdən bildirilib ki, R.Fitsonun sentyabrın 25-nə planlaşdırılan və baş prokuror Maroş Jilinkaya həsr olunan mətbuat konfransı da ləğv edilib.
Son xəbərlər
20:13
Azərbaycan milliləri Şahmat Olimpiadasında növbəti görüşlərini keçirib
Fərdi20:13
Rusiya və Almaniyanın XİN rəhbərləri Ukraynada müharibə başlayandan bəri ilk dəfə görüşüblər
Digər ölkələr19:50
Azərbaycanın Yaponiyadakı səfirliyində şəhidlərin xatirəsi ehtiramla anılıb
Xarici siyasət19:37
Video
Prezidentin sosial media hesablarında "Formula 1"ə dair videoçarx paylaşılıb
Daxili siyasət19:25
İstanbulda narkotiklərlə bağlı 164 nəfər həbs edilib
Region19:12
Afinada yaşayış binasında baş verən partlayışda 6 nəfər həlak olub
Digər ölkələr19:08
Ağcabədidə ağır yol qəzasında iki qardaş ölüb
Hadisə19:00
Pezeşkian: Hörmüz məsələsi güc yolu ilə yox, dialoqla həll oluna bilər
Region18:50