Parisdə polis etirazçılara qarşı gözyaşardıcı qaz və dəyənəklər tətbiq edib

Digər ölkələr
  • 07 oktyabr, 2026
  • 17:03
Parisdə polis etirazçılara qarşı gözyaşardıcı qaz və dəyənəklər tətbiq edib

Parisdə polis "Sciences Po" universitetinin yaxınlığında etirazçılara qarşı gözyaşardıcı qaz və dəyənəklər tətbiq edib.

"Report" xəbər verir ki, bu barədə Fransa mediası məlumat yayıb.

Etirazçılarla polis əməkdaşları arasında toqquşmalar Sen-Jermen bulvarında başlayıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları həmçinin nümayişçilərin qurduğu maneələri dağıdırlar.

Bundan əlavə, bildirilib ki, davam edən etirazlar çərçivəsində Marselin 5-ci dairəsində Mariya Küri adına orta məktəbin qarşısında 100 nəfər toplaşıb. Müəllimlər və şagirdlər məktəbi və yolun hərəkət hissəsini bağlayıblar. Toqquşmalar nəticəsində dörd nəfər yaralanıb, bir şagird isə başından xəsarət alıb.

Mozel əyalətinin Forbax şəhərindəki orta məktəbdə iki nəfər saxlanılıb.

Toqquşmalar, həmçinin Strasburq, Marsel, Renn və Tuluzada da qeydə alınıb.

Daha əvvəl, Fransanın daxili işlər naziri Loran Nunes ölkənin hüquq-mühafizə orqanlarından yuxarı sinif şagirdlərinin etiraz aksiyası iştirakçılarına qarşı işıq-səs qumbaralarından istifadəni dayandırmağı qadağan edib.

44 filmi