Parisdə leysan zamanı bir nəfər ölüb, xəsarət alanlar var
Digər ölkələr
- 18 oktyabr, 2024
- 04:58
Şiddətli yağışlar səbəbindən narıncı xəbərdarlıq elan edilən Fransanın paytaxtı Parisdə ağacın aşması nəticəsində 1 nəfər ölüb, 2 uşaq yaralanıb.
"Report"un məlumatına görə, bu barədə "Parisien" qəzeti hüquq-mühafizə orqanlarının əməkdaşlarına istinadən xəbər yayıb.
Məlumata görə, hadisə Fransa paytaxtının 19-cu dairəsində baş verib.
"Bir kişi və iki uşaq yolda gedərkən ağac yolun kənarına aşıb. Kişi ağır yaralanıb və ölüb", - paytaxtın polis prefekturasından bildiriblər.
Qonşuların sözlərinə görə, mərhumun yanında məktəbdən apardığı iki azyaşlı qızı olub. Xəsarət alan uşaqlara təcili tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
12:17
Azərbaycanda 2 faydalı qazıntı yatağı hərrac yolu ilə istifadəyə verilib
Biznes12:16
Sabah 36 dərəcə isti gözlənilir, güclü külək əsəcək
Ekologiya12:10
Azərbaycanda 1 milyon 100 min pensiyaçı var
Sosial müdafiə12:09
Qazaxıstan Energetika Nazirliyi: CPC-ə hücumlar səbəbindən azalmış neft hasilatı bərpa edilib
Energetika12:04
Arif Əsədov: "Qarabağ" növbəti illərdə də Avropadakı uğurları ilə azarkeşləri sevindirəcək"
Futbol12:00
Bakıdakı bir neçə memarlıq abidələrində icazəsiz tikinti işlərinin qarşısı alınıb
Hadisə11:58
Foto
Növbəti köç karvanları Şükürbəyli və Horovlu kəndlərinə çatıb - YENİLƏNİB
Daxili siyasət11:49
Foto
Azərbaycanın turizm imkanları Qazaxıstan və Özbəkistanda təqdim olunub
Turizm11:33
Foto