Qazaxıstan Energetika Nazirliyi: CPC-ə hücumlar səbəbindən azalmış neft hasilatı bərpa edilib

Energetika
  • 28 avqust, 2026
  • 12:09
Qazaxıstan Energetika Nazirliyi: CPC-ə hücumlar səbəbindən azalmış neft hasilatı bərpa edilib

Qazaxıstan hazırda Xəzər Boru Kəməri Konsorsiumunda (CPC) baş vermiş hadisələr səbəbindən azalmış neft hasilatını sabit səviyyəyə qədər bərpa edib.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə ölkənin Energetika Nazirliyindən bildirilib.

"Hazırda ölkənin neft hasilatı sabit səviyyədə qalır və neft hasilatı həcminin azalması müşahidə olunmur", - məlumatda vurğulanıb.

Qurumdan bildirilib ki, iyul ayında CPC-də yükləmələrin dayandırılması nəticəsində iri yataqlarda neft hasilatı planlaşdırılan göstəricilərdən aşağı olub.