Parisdə beş polis təlim zamanı xəsarət alıb

Digər ölkələr
  • 17 yanvar, 2026
  • 18:11
Parisdə beş polis təlim zamanı xəsarət alıb

Fransanın paytaxtı Parisdə çevik reaksiya bölmələrində təlim keçən beş polis qapalı otağa gözlənilmədən qumbara atılması nəticəsində zəhərlənib.

"Report" "Le Parisien" qəzetinə istinadən xəbər verir ki, hadisə 9 yanvarda baş versə də, bu barədə məlumat bu gün yayılıb.

İnsident Parisdəki mühafizə şirkətinin qərargahında təlim zamanı baş verib.

Qeyd olunur ki, polis əməkdaşlarından biri komadadır, digər həmkarları isə nəfəs almaqda çətinlik çəkirlər. Bunun səbəbi, ehtimal ki, karbon qazının təsiridir. Ümumilikdə hadisə nəticəsində iki polis xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə, təlimçi tabeliyində olanları gözlənilmədən yaxalamaq və onların stresli vəziyyətdə davranışlarını yoxlamaq istəyib. Lakin o bu tip qumbaranın karbon qazı buraxdığını və qapalı məkanlarda istifadəsinə məhdudiyyətlər olduğunu nəzərə almayıb.

Hadisə ilə bağlı araşdırma davam edir.

Son xəbərlər

Bütün Xəbər Lenti