Polis Paris dəmiryol vağzalındakı silahlı şəxsi yaralayıb - YENİLƏNİB
- 14 noyabr, 2025
- 19:21
Fransa polisi Parisin Monparnas vağzalında odlu silahdan istifadə edərək bıçaqlı şəxsi yaralayıb.
"Report"un "Reuters"ə istinadən verdiyi xəbərə görə, bu barədə Paris prokurorluğu məlumat yayıb.
Məlumata görə, polis əməkdaşı intiharla hədələyən şəxsə qarşı silahdan istifadə etməyə məcbur olub.
"Bir şəxs Parisətrafı qəsəbələrdən birində həyat yoldaşını və uşaqlarını hədələyib, daha sonra Monparnas qatarına minib. Polis onu saxladıqda kişi intihar edəcəyi ilə hədələyib. Polis onu ayağından yaralayıb", - məlumatda bildirilib.
Prokurorluq cəmi bir dəfə atəş açıldığını iddia etsə də, şahidlər bir neçə atəş səsi eşitdiklərini bildiriblər
Paris polisi Monparnas dəmir yolu vağzalında əməliyyat keçirir.
Bu barədə "Report" "Reuters" agentliyinə istinadən məlumat verir.
Nəşrin məlumatına görə, hüquq-mühafizə orqanları təcili olaraq bütün sərnişinləri təxliyə edir.
Əməliyyat və təxliyənin səbəbləri hələlik açıqlanmayıb.