Pakistanda konsulluğun mühafizəçisi Əfqanıstan diplomatını öldürüb

Digər ölkələr
  • 06 fevral, 2017
  • 09:05
Pakistanda konsulluğun mühafizəçisi Əfqanıstan diplomatını öldürüb

Bakı. 6 fevral. REPORT.AZ/ Pakistanda Əfqanıstan diplomatı öldürülüb. 

“Report” “Reuters”ə istinadən xəbər verir ki, diplomatı Əfqanıstanın Pakistanın Karaçı şəhərindəki konsulluğunun mühafizəçisi güllələyib. 

Digər bir məlumata görə, Əfqanıstanın Karaçidəki konsulluğunun binası qarşısında atışma olub.

Hadisə ilə bağlı araşdırma aparılır.