Pakistanda daşqınlar nəticəsində 43 nəfər həlak olub
Digər ölkələr
- 03 iyul, 2016
- 15:38
Bakı. 3 iyul. REPORT.AZ/ Pakistanın şimal-qərbində baş vermiş daşqınlar nəticəsində 43 nəfər ölüb. "Report"un məlumatına görə, bu barədə "Frans Press" agentliyi yerli hakimiyyət orqanlarına istinadən xəbər yayıb.
Məlumata görə, güclü yağışlar Hayber-Paxtunxva vilayətinin Çitral dairəsində, şənbə axşamı başlayıb. Leysan məscidi, ordu postunu və bir neçə evi yararsız hala salıb. Habelə 40-dan çox insanın ölümünə səbəb olub. Ölənlərdən 8-i hərbçilərdir.
"Həlak olanlardan 16 nəfəri daşqının uçurduğu məsciddə dua edənlərdir" – deyə vilayətin təbii fəlakətin nəticələrinin aradan qaldırılması üzrə idarəsinin nümayəndəsi Latifur Rəhman bildirib. O əlavə edib ki, hazırda daşqınlardan zərər çəkmiş ərazilərdə axtarış-xilasetmə əməliyyatları aparılır.
Son xəbərlər
16:18
Foto
"Azerbaijan Open 2026" Bakıda yerli və xarici həvəskar qolfçuları bir araya gətirib
İdman16:07
"Birbank Taksit" kartı sentyabrda daha çox qazandırır: 3 % əlavə bonus
Maliyyə16:05
Bank rəhbəri: "İqlim dəyişikliyinə dair öhdəliyin yarısı icra edilib"
Maliyyə16:04
Vəkil: Bank məlumatlarını dələduza özü verən şəxs xəbəri olmadan rəsmiləşdirilən kreditdən imtina edə bilməz
Maliyyə16:03
"Qarabağ" rəsmisi: "Abdullah Zubir istənilən kluba keçmək potensialına malik futbolçudur"
Futbol15:59
Aİ məhkəməsinin ad qadağası – radikalların antimiqrant planı - ŞƏRH
Analitika15:58
ABB-dən futbol azarkeşləri üçün qazandıran kampaniya
Maliyyə15:56
Foto
Video
Xalq artisti Aleksandr Şarovski dəfn edilib - YENİLƏNİB-2
Mədəniyyət siyasəti15:52