Xalq artisti Aleksandr Şarovski dəfn edilib - YENİLƏNİB-2
- 09 sentyabr, 2026
- 15:56
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanın Xalq artisti Aleksandr Şarovski dəfn edilib.
"Report"un məlumatına görə, mərhumun nəşi II Fəxri xiyabanda torpağa tapşırılıb.
Akademik Rus Dram Teatrında Xalq artisti Aleksandr Şarovski ilə vida mərasimi başa çatıb.
"Report"un məlumatına görə, mərasimdə Azərbaycan Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, mədəniyyət naziri Adil Kərimli, nazirlik nümayəndələri, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə, mərhumun ailə üzvləri və sənət dostları iştirak ediblər.
Vida mərasiminin ardınca cənazə dəfn olunmaq üçün II Fəxri xiyabana aparılıb.
Azərbaycanın Xalq artisti Aleksandr Şarovski ilə vida mərasimi keçirilir.
"Report"un məlumatına görə, Akademik Rus Dram Teatrında baş tutan mərasimdə Mədəniyyət Nazirliyinin rəsmiləri, mərhumun ailə üzvləri, sənət dostları və media mənsubları iştirak edirlər.
Vida mərasimindən sonra Xalq artisti II Fəxri Xiyabanda dəfn ediləcək.
Azərbaycanın Xalq artisti Aleksandr Şarovski II Fəxri Xiyabanda dəfn ediləcək.
Bu barədə "Report"a Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, mərhum sənətkarla vida mərasimi sentyabrın 9-u saat 14:30-da Səməd Vurğun adına Rus Dram Teatrında keçiriləcək.