Pakistanda buraxılış məntəqəsinə hücum nəticəsində 9 polis ölüb, 28 nəfər yaralanıb

Digər ölkələr
  • 30 iyul, 2026
  • 11:38
Pakistanda buraxılış məntəqəsinə hücum nəticəsində 9 polis ölüb, 28 nəfər yaralanıb

Pakistanın Xayber-Paxtunxva əyalətinin Hanqu rayonunda nəzarət-buraxılış məntəqəsi silahlı hücuma məruz qalıb, nəticədə doqquz polis həlak olub.

"Report" xəbər verir ki, bu barədə "Dawn" nəşri yazır.

Bundan başqa, 28 nəfər yaralanıb.

Bildirilib ki, polis blokpostuna "Təhrik-i-Taliban Pakistan" yaraqlıları tərəfindən hücum edilib. Hadisə yerinə əlavə qüvvələr göndərilib. Lakin yaraqlılar pusqu qurublar. Atışma nəticəsində 15 yaraqlı öldürülüb, daha bir neçəsi isə yaralanıb.

44 - Tezliklə