Pakistanda avtobusun yük maşını ilə toqquşması nəticəsində 20-dən çox uşaq yaralanıb

Digər ölkələr
  • 02 avqust, 2018
  • 07:35
Pakistanda avtobusun yük maşını ilə toqquşması nəticəsində 20-dən çox uşaq yaralanıb
Flickr

Bakı. 2 avqust. REPORT.AZ/ Pakistanın şimalındakı Xayber Paxtunxva əyalətində məktəb avtobusunun yük maşını ilə toqquşması nəticəsində azı 24 uşaq yaralanıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, hadisə Peşavar şəhəri yaxınlığında baş verib.

Qəzadan sonra uşaqlar xəstəxanaya çatdırılıb, onlara tibbi yardım göstərilib. Onlardan 9-u xəstəxanaya qoyulub. Həkimlər 2 məktəblinin vəziyyətini ağır qiymətləndiriblər.

44 filmi