Pakistan "Taliban" hökumətini terrorçulara qarşı sərt tədbir görməyə çağırıb

Digər ölkələr
  • 18 aprel, 2022
  • 10:14
Pakistan Taliban hökumətini terrorçulara qarşı sərt tədbir görməyə çağırıb

Pakistan hakimiyyəti Əfqanıstandakı “Taliban” hökumətindən ölkə arasında dövlət sərhədində pakistanlı sərhədçilərin təhlükəsizliyini təmin etmək üçün atəşi dayandırmağı tələb edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Pakistanın Xarici İşlər Nazirliyi bəyanat yayıb.

“Son bir neçə gün ərzində Pakistan-Əfqanıstan sərhədiboyu pakistanlı təhlükəsizlik qüvvələri Əfqanıstan ərazisindən hücuma məruz qalır. Təəssüflər olsun ki, qadağan edilmiş terrorçu qruplaşmalar, o cümlədən “Təhrik-e Taliban Pakistan”ın Pakistanın sərhəd məntəqələrinə hücumu nəticəsində bir neçə hərbçimiz həlak olub” , - nazirlik açıqlamasında qeyd edib.

Rəsmi İslamabad Kabildən iki ölkə arasında təhlükəsizliyi təmin etmək üçün Pakistan ərazisinə soxulanlara qarı sərt tədbir görməyi istəyib.

44 - Tezliklə