Pakistan Əfqanıstanla danışıqlara hazır olduğunu bəyan edib

Digər ölkələr
  • 16 oktyabr, 2025
  • 18:47
Pakistan Əfqanıstanla danışıqlara hazır olduğunu bəyan edib

İslamabad Kabillə danışıqlara başlamağa hazırdır, lakin bu, Əfqanıstan tərəfinin iki ölkənin sərhədində baş vermiş son silahlı toqquşmalardan sonra Pakistanın əsaslı şərtlərini yerinə yetirməyə razı olacağı halda mümkündür.

"Report" "Dawn"a istinadən xəbər verir ki, bunu Pakistanın Baş naziri Şahbaz Şərif federal kabinetin iclasında bildirib.

"Biz 48 saatlıq müvəqqəti atəşkəsə razılaşdıq və qarşı tərəfə mesaj göndərərək ədalətli şərtlərimizi yerinə yetirməyə razılıq verəcəkləri təqdirdə dialoqa hazır olduğumuzu bildirdik. İndi top onların meydançasındadır", - o vurğulayıb.

Ş.Şərifin sözlərinə görə, Kabil səmimi və ciddi yanaşma sərgiləyəcəyi halda konstruktiv danışıqlara keçmək mümkün olacaq. O qeyd edib ki, Pakistanın müttəfiqi olan ölkələr, xüsusilə, Qətər vəziyyətin nizamlanmasına kömək etmək üçün səy göstərir.

Son xəbərlər

Bütün Xəbər Lenti