Pakistan Əfqanıstanın 520-dən çox vətəndaşını həbsdən azad edib

Digər ölkələr
  • 07 yanvar, 2023
  • 16:09
Pakistan Əfqanıstanın 520-dən çox vətəndaşını həbsdən azad edib

Pakistan hakimiyyəti Əfqanıstanın 520-dən çox vətəndaşını həbsdən azad edib.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədfə Əfqanıstanın Pakistandakı səfirliyi məlumat yayıb.

"Əfqanıstanın İslamabaddakı səfirliyi və ölkənin Kəraçidəki Baş Konsulluğunun səyləri nəticəsində 54-ü qadın və 97-si uşaq olmaqla 524 əfqan həbsxanadan azad edilib", - səfirliyin bəyanatında deyilir.

Qeyd olunur ki, məhbusların bütün nəqliyyat, yemək və geyim xərcləri Əfqanıstanın səfirliyi və konsulluğu tərəfindən ödənilir.

44 - Tezliklə