Özbəkistan Əfqanıstan hökuməti və "Taliban"la danışıqlar aparır

Digər ölkələr
  • 15 avqust, 2021
  • 06:47
Özbəkistan Əfqanıstan hökuməti və Talibanla danışıqlar aparır

Özbəkistan hakimiyyəti Əfqanıstandan gələn qaçqınlarla bağlı bu ölkənin hökuməti və "Taliban"la danışıqlar aparır.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Özbəkistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Yusup Kabuljanov məlumat verib.

"Hazırda Əfqanıstandan qaçqınların qaytarılması ilə bağlı rəsmi hökumət və "Taliban" qruplaşmasının nümayəndələri ilə danışıqlar aparılır", - Kabuljanov bildirib.

Onun sözlərinə görə, danışıqları Özbəkistanın Əfqanıstandakı Səfirliyinin və Məzari-Şərifdəki Baş konsulluğunun diplomatları aparır.

Daha əvvəl Özbəkistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti 84 əfqan hərbçisinin dövlət sərhədini icazəsiz keçdiyini və Özbəkistan sərhədçiləri tərəfindən saxlanıldığını bildirib.

44 filmi