"Oxford Economics": Böyük Britaniyanın dövlət borcu 20 ildə üç dəfə artıb

Digər ölkələr
  • 02 noyabr, 2025
  • 17:30
Oxford Economics: Böyük Britaniyanın dövlət borcu 20 ildə üç dəfə artıb

Böyük Britaniyanın dövlət borcu səviyyəsi 2005-2025-ci illər arasında üç dəfə artıb.

"Report"un məlumatına görə, bu barədə "The Daily Telegraph" qəzeti "Oxford Economics" konsaltinq şirkətinin təhlilinə istinadən məlumat yayıb.

Bu göstərici bütün inkişaf etmiş ölkələrin iqtisadiyyatları arasında üzrə ən yüksək artım tempidir.

Qeyd olunub ki, Birləşmiş Krallığın dövlət borcu 2,9 trilyon funt sterlinq (3,8 trilyon dollar) və ya ÜDM-in təxminən 100%-ni təşkil edir. Bildirilib ki, Böyük Britaniya ildə 100 milyard funt sterlinqdən (130 milyard dollar) çox vəsaiti borc üzrə faizlərin ödənilməsinə xərcləyir. Nəşr vurğulayıb ki, son 20 ildə yalnız İspaniya və ABŞ oxşar borc artım templərini qeydə alıb.

Kembric Universitetinin professoru Yajit Çadha dövlət borcunun yüksək səviyyəsinin Britaniya siyasi-iqtisadi modelinin uğursuzluğunu göstərdiyi fikrini bildirib. "İndi biz açıq şəkildə görürük ki, fiskal sistem açıq şəkildə uğursuzluğa düçar olub və borcun ÜDM-ə dayanıqlı inkişaf yoluna çıxmayıb", - deyə o bildirib.

Son xəbərlər

Bütün Xəbər Lenti