Ötən gün Çində koronavirusa bir yoluxma qeydə alınıb

Digər ölkələr
  • 09 may, 2020
  • 01:51
Ötən gün Çində koronavirusa bir yoluxma qeydə alınıb

Çində koronavirusa yoluxmuş 288 pasiyent hələ də mülaicə alır, ölüm hadisəsi qeydə alınmayıb.

“Report” xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Səhiyyə məsələləri üzrə Dövlət Komitəsinin xəbərində bildirilir.

Qeyd edilir ki, son bir gündə cəmi bir nəfərdə koronavirusa yoluxma qeydə alınıb. O da xarici ölkələrdən gələn Çin vətəndaşıdır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.